Türkiyənin Kahramanmaraş şəhərində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimat və imzalanması böyük maraqla qarşılanıb.
Gununsesi.info-nun xəbərinə görə, Türkiyənin Kahramanmaraş vilayətində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi keçirilib. Belə ki, ilk imzalanma mərasimi Sütçü İmam Universitetində, ikincisi Türk Ocaklarında, üçüncü imzalanma mərasimi isə III Beynəlxalq Kitab və Mədəniyyət Kitab Sərgisində keçirilib. Tədbirlərdə çoxlu sayda ziyalı, gənc və jurnalistlər iştirak ediblər.
Təqdimat və imzalanma zamanı millət vəkili Qənirə Paşayevanın Türkiyədə Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”), “Aşk Başka” adlı kitabları, həmmüəllifi olduğu “Karabağ Hikayeleri” kitabları da daxil olmaqla kitablarının təqdimatı və imzalanma mərasimi olub. Bu cür gözəl tədbirlərin təşkili üçün Kahramanmaraş bələdiyyəsinə, Türk Ocaklarına və Universitet rəhbərliyinə, tədbirdə iştirak edənlərə və media mənsublarına təşəkkür edən millət vəkili Qənirə Paşayeva Azərbaycanın müstəqilliyə keçdiyi yoldan, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi faciələrdən, Xocalı Soyqırımından, şəhid olan dostlarından, sinif yoldaşlarından və kitablarından geniş danışıb: “Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada və bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir”-, deyərək kitablarını oxuyucular üçün imzalayaraq, gənclərin kitablarla bağlı suallarını da cavablandırıb.
Millət vəkili bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir” ve “Aşk Başka” kitabından əldə edilən gəlirin yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün xərclənməsindən çox məmnundur.Kitablarına diqqət göstərən bütün dəyərli oxuculara təşəkkür edən Q.Paşayeva Türkiyənin bəzi bölgələrində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.
Gülnaz Qənbərli
Gununsesi.info