Qərargah: İtkin düşən neftçilərin axtarış trayektoriyası genişləndirilib

  • By admin
  • 17 Dekabr 2016 17:43

xazar-xazar

İtkin düşən neftçilərin axtarış trayektoriyası genişləndirilib.

Bu barədə Gununsesi.info-ya “Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan bildirilib.

Verilən məlumata görə, Səngəçal, Xərə-Zirə, Ələt, Duvannı ərazilərindən başqa küləyin əsdiyi istiqamətdə – Bulla-dəniz istiqamətində də axtarışlara başlanılıb. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin bir helikopteri və 6 iri gəmi vasitəsilə axtarış aparılır. Hava şəraitindən asılı olaraq günorta saatlarında bu prosesə dalğıclarda cəlb olunub.

Gununsesi.info