Qərb bölgəsində güclü külək əsir, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb

  • By ilhame
  • 09 Oktyabr 2023 21:33

Gəncə şəhərində və ətraf rayonlarda axşam saatlarından başlayaraq güclü külək əsir, Goranboy və Şəmkir rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Gununsesi.info-nun məlumatına görə, güclü külək səbəbindən Şəmkir şəhərinin bəzi hissələrində, Goranboy rayonun Boluslu, Məşədiqaralar və Eyvazlılar kəndlərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Qeyri-sabit hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı müvafiq qurumlar və idarələr tərəfindən araşdırılır.

Gununsesi.info