Qərb NATO-nu ittiham edib

NATO-nun genişlənməsi Avropada Rusiya və Qərb gücləri arasında qurulmuş təhlükəsizlik arxitekturasını məhv edib.

Gununsesi.info xarici mediaya xəbər verir ki, bu barədə norveçli politoloq Qlenn Dizen X sosial şəbəkəsindəki səhifəsində açıqlama verib.

“Onilliklər ərzində Rusiya ümumavropa təhlükəsizlik arxitekturasını inkişaf etdirməyə və Qərblə inteqrasiya etməyə çalışır. NATO-nun hegemonluq arzusu buna 2014-cü ildə son qoydu” -deyən ekspert qeyd edib.

O, qeyd edib ki, Şimali Atlantika Alyansının ambisiyaları və genişlənməsi “Moskvanın qəzəbinə səbəb olub” və onu Şərqə yönəlməyə məcbur edib.

Bundan əvvəl Nyu-Yorkdakı BMT-dəki Şiller İnstitutunun nümayəndəsi Riçard Blek bildirib ki, amerikalı seçicilər Rusiya ilə münaqişə istəmir və NATO-nun bu cür planlarını dəstəkləmirlər.

 

 

 

 

Günay

Gununsesi.info