Qərb Sahilində blokada genişlənir: - Yüzlərlə nəzarət-buraxılış məntəqəsi qurulub

  • By Admin2
  • 10 Fevral 2025 14:54

İsrail Qəzzada atəşkəs əldə edib, lakin bu dəfə İordan çayının qərb sahilindəki əməliyyatlarını artırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, fələstinlilərin hərəkət azadlığı ciddi şəkildə məhdudlaşdırılıb, İordan çayının qərb sahilində nəzarət-buraxılış məntəqələri artırılıb.

Fələstin İqtisadiyyat naziri Muhammer Alamour İsrailin Qərb Sahil sakinlərini bölgədən çıxarmağa çalışdığını iddia edib.

İsrail fələstinli işçilərin içəri girməsinə icazə vermədiyi üçün İordan çayının qərb sahilində işləyən əhalinin 30 faizi işsizdir.

Qeyd edək ki, 1967-ci ildə İsrail tərəfindən işğal edilən və təxminən 3 milyon insanın yaşadığı İordan çayının qərb sahilində yəhudi məskunlaşanların sayı 500 mini keçib.

 

 

Orxan Saffari

Gununsesi.info