
ABŞ Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan “Terrorizm 2016” hesabatında “GOAL”, International Rescue Committee (IRC) və International Medical Corps (IMC) adlı təşkilatlar tərəfində PKK-nın Suriya qolu PYD-yə maddi yardım göstərdiyi qeyd edilib.
Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, hesabatda adıçəkilən bu təşkilatlar və onlara bağlı daha 14 dərnək son bir ildə PYD terror təşkilatının nəzarətində olan Haseki, Afrin, Aynəl və Arab bölgələrinə ümumilikdə 500 milyon ABŞ dollar dəyərində pul göndəriblər.
Məlumata görə, ABŞ Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan bu hesabatdan sonra ortalıq qarışıb. Nəticədə Birləşmiş Millətlər Təşkilatı (BMT) humanitar yardım qaydalarını pozan – “GOAL”, “IRC” və “IMC” adlı təşkilatların fəaliyyətlərinin nəzarətə götürülüməsi ilə bağlı Vaşington (Washington) rəhbərliyinə tapşırıq verib.
Anar
Gununsesi.info