Qərb terrora həmişə dəstək verib - ERKAN ÖZORAL

  • By admin
  • 07 Noyabr 2016 16:10
ozoral
Qərb ölkələri terrora həmişə dəstək verib.
Guunsesi.info xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral son günlərdə türkiyəli millət vəkillərinin  saxlanmalarına  Avropa ölkələrinin tənqidi fikrinə mövqeyini açıqlayarkən deyib.
Səfir əlavə edib ki, hazırda Türkiyədə terrorda ittiham olunan şəxslər Almaniya mühacirət edib: “Onlar hazırda Almaniyanın himayəsindədir. Biz ABŞ-dan Fətullah Gülənin təhvil verilməsini gözləyirik.  Biz Fətullah Gülənin Türkiyyə verilməyəcəyini pis bir davranış olacağını deyirik.
Onun üçün avropalılar ilk olaraq terrorla mübarizədə üzərlərinə düşən vəzifələri yerinə  yetirib- yetirməməsi məsələsinə baxsınlar bundan  sonra kimsə haqqında fikir yürütsünlər.
 Hesab edirik ki, onun qaytarılmaması Türkiyəyə qarşı münasibətin göstəricisidir. Avropalılar əvvəlcə terrorla mübarizə sahəsində gördükləri işləri və öz  öhdəliklərini nə dərəcədə yerinə yetirdiklərini nəzərdən keçirsinlər”.
 
Mürtəza 
Gununsesi.info