Qərb ölkələrinin rəsmiləri Birləşmiş Ərəb Əmirliyinə(BƏƏ) xəbərdarlıq ediblər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Qərb yetkililəri BƏƏ-yə Rusiya illə ticarət etməməklə bağlı çağırış ediblər.
Buna səbəb davam edən Rusiya-Ukrayna savaşına baxmayaraq adıçəkilən ölkənin rəsmi Moskva ilə əlaqələrini davam etdirməsi olub.
“Wall Street Journal”ın yazısına görə, onlar arasında Amerikadan olan rəsmilər də var. Birləşmiş Ərəb Əmirliyinə səfərləri çərçivəsində Rusiya ilə davam etdirilən ticarət ortaqlığından narahatlıqlarını dilə gətiriblər.
Qərb və Amerika yetkililəri çip və elektronik cihaz məhsullarının Rusiyaya satışından daha çox incik düşüblər.
BƏƏ və Rusiya arasındakı petroldan başqa digər ticarət 2022-ci ilin ilk 9 ayında 57% faiz artaraq rekord qırmışdı.
BƏƏ-nin Rusiya ilə qızıl ticarətində də böyük artım yaşanmışdı.
Bunlar arasında hərbi ticarət sahəsi də gözdən qaçmamaqdadır.
BƏƏ-nin Rusiyaya “dron” və “dron” hissələri satışı Amerikan rəsmiləri tərəfindən özəlliklə gündəmə gətirilirdi.
Tərcümə: Arzu