Qərbi Azərbaycanda dövlət məmurları həbs edildi

Qərbi Azərbaycan əyalətinin Üşnü (Üşnəviyyə) şəhərində bələdiyyə idarəsinin məsul şəxsləri həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumatda 13 nəfərin həbs edildiyi, onlardan 6 nəfərinin məsul şəxs olduğu bildirilib. Qalan 7 nəfər isə məsul şəxslərlə əməkdaşlıqda günahlandırılıb.

Həbs edilənlərin korrupsiya və dövlət əmlakını mənimsəmə əməllərinə görə saxlanıldıqları bildirilir.

 

 

 

Gununsesi.info