Qərbi Azərbaycanlılar Ermənistan vətəndaşlığı üçün müraciət etməlidir -Deputat

Milli Məclisdə Qərbi Azərbaycandan olanların Ermənistan vətəndaşlığı üçün müraciət edilməsi təklif olunub.

Gununsesi.info xəbər verir ki, bu təkiliflə Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasında deputat Fazil Mustafa çıxış edib.

“Azərbaycan konstitusiyasına görə, Azərbaycan torpağında doğulan şəxslər ölkənin vətəndaşı sayılır. Bununla bağlı onlar müraciət etməlidirlər. Bundan başqa 300 minə yaxın soydaşımız Ermənistandan qaçqın düşüb. Buna görə də Qərbi Azərbaycandan olan soydaşlarımız Ermənistan vətəndaşı üçün müraciət etməlidir. Bu, bizim diplomatiyamızda uğurlu addım olacaq. Ümid edirik ki, bundan sonra yeni dövr başlayar”,- deyə o bildirib.

 

Gununsesi.info