Qərbi Balkanlarda təsirli yağışlar 5 nəfərin ölümünə yol açdı

  • By admin
  • 20 İyul 2023 12:12

Qərbi Balkanlarda yağış və şiddətli fırtınalar yaşanır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Xorvatiya, Sloveniya, Bosniya və Serbiyada yaşanan təbii fəlakət 5 nəfərin həyatına son qoyub.

Bu coğrafiyada son günlərdə yaşanan qızmar hava dalğasından sonra şiddətli yağmurlar və fırtınaların təsiri ilə hava limanları qapadılıb. Elektrik kəsintiləri yaşanıb. Bir çox binalara, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Xorvatiyada ağaclar aşıb, 3 nəfər ölüb. Yeni fırtınalara qarşı vətəndaşlara çağırış edilib.

Sloveniyada yaşanan fırtınalara üzündən, 1 nəfər ölüb. Yerli media nəqliyyatda gecikmələrin yaşandığını yazır.

Serbiyada isə xilasetmə işçiləri 15 nəfəri qurtarıblar. Ölkə boyunca elektrik kəsintiləri yaşanır.

 

Tərcümə: Arzu

Gununsesi.info