Qərb ölkələri dünyaya demokratiyanın dəyəri haqqında mühazirə oxuyurlar, amma özləri onların sözləri ilə ziddiyyət təşkil edir.
Gununsesi.info xəbər verir ki, bunu Malayziyanın baş naziri Ənvər İbrahim Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında deyib.
Onun sözlərinə görə, bir çox ölkələr, o cümlədən Malayziya Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Fələstinin müstəqilliyini tanımaqla həllinin zəruriliyi ilə bağlı mövqeyi bölüşür: “Lakin bu məsələdə heç bir irəliləyiş yoxdur, çünki Birləşmiş Ştatlar İsrailin mövqeyini tamamilə bölüşür”.
İbrahimin fikrincə, ABŞ törədilən dəhşətli cinayətləri alqışlayır.
“Qərbdən olan həmkarlarımıza sual verirəm ki, bəs sizin insanlığınız hanı, ədalətə verdiyiniz dəyər haradadır? Siz bizə daim demokratiya və insan haqlarının dəyəri haqqında mühazirə oxuyursunuz, amma bu vəziyyətə yanaşma tərzinizdə açıq-aşkar ziddiyyət yoxdur? – deyə Malayziyanın baş naziri bildirib.
Bundan əvvəl İbrahim forumda çıxışı zamanı Malayziyanın BRİKS assosiasiyasına üzv olmaq niyyətini açıqlamışdı.