Qərbin əsas məqsədi budur - Lavrov danışdı

“Rusiya beynəlxalq təhlükəsizliklə bağlı Qərbə yeni razılaşmalar sistemini təklif edir”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

HTML tutorial

O bildirib ki, ölkəsinə məhz hüquqi təminatlar lazımdır: “Çünki Qərbdəki həmkarlarımız sistematik olaraq öz siyasi öhdəliklərini yerinə yetirmirlər. Mən heç sovet və Rusiya rəhbərliyinə verilən şifahi vədlərdən danışmıram. ABŞ və NATO ilə razılaşmalar layihəsi paket xarakteri daşıyır və onların məqsədi NATO-nun Şərqə genişlənməsinin qarşısının alınması, habelə Rusiya sərhədləri yaxınlığında qoşun yerləşdirilməməsi barədə hüquqi çərçivədə təminat əldə etməkdir”.

Gununsesi.info