
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbi Ermənistanı Rusiyadan qoparmağa çalışmaqda ittiham edib.
“Qərbin Ukrayna siyasəti iflas edəndən sonra Ermənistandan vəhşi kimi yapışıb, onu Rusiyadan qoparmağa çalışır”, – deyə Zaxarova noyabrın 15-də mətbuat üçün keçirdiyi brifinqdə deyib.
Rusiya rəsmisi baş nazir Nikol Paşinyanın Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə gözlənən sammitinə getməməsi, Qərbin Ermənistana silah təchizatının genişlənməsi, Yerevan və Kiyev arasında dostluğu “eyni zəncirin halqaları” adlandırıb.
Yerevanda isə Moskva ilə eyni fikirdə deyillər. Baş nazir Nikol Paşinyan da noyabrın 15-də parlamentdə çıxışında hökumətinin təhlükəsizlik əlaqələrini şaxələndirmək siyasətini müdafiə edib: “Biz digər təhlükəsizlik tərəfdaşları axtarırıq. Digər təhlükəsizlik tərəfdaşları axtarır və tapırıq, kontraktlar imzalamağa, bəzi silahlar almağa çalışırıq. Bizim siyasətimiz belədir”.
Gununsesi.info