Rusiyanın Ukraynaya hücumundan 18 aydan çox zaman keçib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, savaşın başladığı gündən bəri Qərbin Ukraynaya ayırdığı hərbi yardım 100 milyard dollara çatıb.
Ukraynaya hərbi yardımla yanaşı, maddi pul yardımları da edilməyə davam edir.
Kiçik silahlar, raketlər, 17 min daşınan hava müdafiə sistemləri, cihazlar, baş “dəbilqələri və gülləkeçirməz “bronjilet”lər bunlar arasındadır.
Hərbi texnikalar arasında son model döyüş tankları, raketatıcılar, döyüş “helikopter”ləri, toplar, PUA-lar da ciddi və qaynar döyüş texnikaları arasında öz yerini alır.
Bir çox Avropa Birliyi ölkəsi və NAT üzvü olan dövlətlər uzaqmənzilli raketləri, London Challenger, Abrams tanklarını, eləcə də Berlin Leopard tanklarını rəsmi Kiyevə təslim edib.
NATO ölkələri Rusiya ilə döyüşdə Ukrayna hərbçilərinə çoxlu sayda zirehli texnika, “F-16″lar tədarük edib.
Üstəlik, siyasi, media dəstəyi, hərbçilərin tədrisi və öyrədilməsi də dəstək proqramlarına daxildir.
Ukraynaya, bütövlükdə 60-a yaxın ölkədən çoxlu sayda dəstək var.
Döyüş təyyarələri də daxil olmaqla rəsmi Kiyev Rusiya qarşısında dirənməyə çalışır.
Hazırda Ukrayna bir çox şəhərlərini itirib və savaş davam edir.
Tərcümə: Arzu