

Krasnodardan min kilometrdən çox məsafəni traktorla etiraz yürüşü keçirən fermerlər Putinlə görüşməyi tələb edir.
Gununsesi.info RİA “Novosti”-yə istinadən xəbər verir ki, fermerlər problemlərinin həllini Rusiya prezidenti Vladimir Putinə çatdırmaq üçün Krasnodar diyarından Moskvaya etiraz olaraq traktorla yürüş ediblər. Avqustun 21-də traktorla Moskvaya yola çıxan fermerlər ölkə başçısı ilə görüşmək istəyirlər.
Məsələyə aydınlıq gətirən Putinin mətbuat katibi Dmitriy Peskov deyib ki, traktorla etiraz yürüşü keçirənlər Putinlə görüşmək üçün əlavə olaraq Prezident Administrasiyasına müraciət etməlidirlər. “Bildiyiniz kimi, Putin mütəmadi olaraq aqrar-sənaye kompleksinin nümayəndələri, fermer və kəndçilərlə görüşür. O, bu sahədə aktiv dialoq aparır. İndiki məsələyə, etiraz edən fermerlərə gəldikdə isə müəyyən prosedur qaydalara riayət olunmalıdır. Bunun üçün Prezident Administrasiyasına müraciət edilməlidir ki, məsələyə baxılsın”- deyə, D. Peskov vurğulayıb.
Onu da qeyd edək ki, traktorla Moskvaya yürüş fermerlər Rostovda polis tərəfindən saxlanlıb.
Gununsesi.info