Amerika Birləşmiş Ştatları, Kaliforniya, Los-Anceles, Hollivud-Hillz qəbiristanlığı və buradakı bir qərib məzar daşında insanı özündən alıb, haralarasa, məchulluğa aparan epitafiya.
“Gülümsəməyə davam et, sayrışmağa davam et, bil ki, hər zaman bizə güvənə bilərsən, mütləq, çünki dostlar bunun üçündür”
Bu qərib məzarda uyuyan gənc xanım Bakıdan, Azərbaycandan arzu qanadlarında uçub gəlmişdi. O, vətənində bütün umu-küsülərə, manelərə, çərçivələrə üsyan edərək özünü təsdiq üçün üz tutbuşdur buralara. Hollivud fəhti diləyi ilə. Fəqət amansız qatil gülləsi Hollivudu onun əbədiyyətinin məkanı etdi.
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakıda anadan olmuşdur. Musiqiyə hədsiz vurğunluğu onu koservatoriyanın fortepiano şöbəsinə gətirir. Səksəninci illərin gənclərinin pop musiqiyə çılğıncasına marağı Sevili də bu sahədə özünü sınamasına əsas şərt olur. Onun 1988-ci ildə “Bakı Payızı-88” müsiqi yarışmasındakı uğuru qısa zaman kəsiyində diqqət çəkir. Bir il sonra Yurmalada keçirilən müsabiqədəki naliyyəti gənc müğənniyə böyük poplyarlıq qazandırır. Sevil Hacıyevanın estrada səhnəsində özünəməxsus ifa tərzi artıq dillər əzbəri idi. Həmin illərdə məhşur “Karvan” qrupundakı çıxışları Sevil Hacıyevanı gənclərim sevimlisinə çevirir.
Doxsanıncı illərin ictimai-siyasi prosesləri fonunda, olduqca ağır vəziyyət sənət adamlarının həyatında da durğunluğa səbəb olur. 20 Yanvar faciəsindən sonra bir müddət səhnələr qapanır. Daha sonrakı illərdə erməni işğalına məruz qalan bölgələrimizdən qaçqın düşən soydaşlarımızın acınacaqlı durumu, hər gün eşidilən şəhid xəbərləri sənətçiləri öz sevimli məşğuliyyətlərindən uzaq salır. Çox keçmir ki, “Karvan” qrupu dağılır. Bir müddət “Qaya” vokal qrupunda əməkdaşlıq edən Sevil Hacıyevanın şəxsi həyatında da ciddi problemlər yaşanır. Hətta gərgin əsəb sarsıntısı keçirən müğənninin səhətində də kifayət qədər ciddi problem baş verir.
Belə bir vəziyyətdə Sevil Hacıyeva musiqi təhsilini ABŞ-də davam etdirmək, dəlicəsinə sevdiyi sənətdə daha uca zirvələr fəht etmək arzusu ilə uzaq Atlantik okeanın sahillərinə gedir. Taleyin üzünə güldüyü ilk aylardaca 0, burada hər şeyi qaydaya sala bilir. Əvvəl öz sağlamlığına qovuşan azərbaycanlı gənc miqrant Los-Anceles Konservatoriyasına daxil olur.
Güdüzlər təhsil alan, axşamlarsa klublarda müğənnilik edən Sevil qısa müddətə yeni həyata uyğunlaşır.
Yəhudi əsilli ABŞ vətəndaşı lan Mussmanla 8 sentyabr 1996-cı ildə ailə quran Sevil Hacıyava arzusunda olduğu xoşbəxt həyata qovuşur. Onun musiqi albomları artıq populyarlıq qazanır. Ciddi təkliflər alan müğənni yeni qitədə məhşurluğunun bir addımlığında fəlayin amansızlığına tuş gəlir.
O, gecə səhnəsində çıxış etdiyi klubdan evinə dönərkən soyğunçularla qarşılaşır. Onunla birgə olan dostu quldurluqla pul tələb edənə müqavimət göstərir. Cinayətkar atəş açaraq Sevilin dostunu yaralayır. Kömək çağırmaq üçün kluba sarı qaçan xanım müğənnini kürəyindən güllə ilə vuran cinayətkar hadisə yerindən qaçır.
Sevil Hacıyevanın qətlə yetirildiyi cinayətin üstü isə bu günə qədər açılmamış qalır.
Ailəsi və dostları arzuları bir qatil gülləsi ilə qırılmış əsmər bənizli Bakı gözəlini Hollivud-Hillizdə torpağa tapşırır.
İki mininci ilin 12 sentyabr tarixi Sevil Hacıyevanın həyatının son günü olur. Otuz iki yaşının tamam olmasına 20 gün qalmış O, həyatla əbədi vidalaşaraq arzularını da özü ilə əbədiyyətə aparır.


Pərviz Yəhyalı
Gununsesi.info













