Qətər azad viza sisteminə keçid edib - FOTO

  • By admin
  • 09 Avqust 2017 15:12

10

Qətərı ziyarət etmək istəyən, aralarında İngiltərə, Amerika, Kanada, Cənubi Afrika, Avstraliya və Yeni Zelandiyanın da olduğu 80 ölkənin vətəndaşları azad viza sistemindən istifadə edə biləcəklər.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Qətər Turizm İnkişaf Sektorunun rəhbəri Həsən əl-İbrahimi Dohada keçirdiyi mətbuat konfransı zamanı belə deyib.

Belə ki, Həsən əl-İbrahimi Qətər rəsmilərinin turizm sahəsindəki tarixi bir dəyişikliyə imza atdığnı vurğulayıb.

Qətərin paytaxtı Doha-da yerləşən və bu regionun ən böyük hava limanı sayılan Hamad Beynəlxalq Hava Limanının Pasport Kontrol müdiri polkovnik Raşid əl-Mezuri isə qeyd edib ki, 80 ölkənin vətəndaşları Qətər giriş zamanı hər hansı bir ödəniş etməyəcəklər.

Xatırladaq ki, 2010-ci ildən etibarən Türkiyə ilə Qətər arasında viza sistemi ortadan qaldırılıb.

Anar
Gununsesi.info