Qətər böhranının ilk “qurbanları” - DƏVƏLƏR

  • By admin
  • 12 İyul 2017 20:10

deve

Səudiyyə Ərəbistanının öz ərazilərindən dəvə sürülərinin çıxarılması tələbindən sonra qətərlilərə məxsus minlərlə dəvə susuzluqdan ölüb.

Gununsesi.info-nun Trend-ə istinadən məlumatına görə, son günlər ərzində 25 minədək dəvə tələf olub.

Qeyd olunur ki, dəvələrin tələf olmasının qarşısını almaq üçün sərhəd yaxınlığında köçəri düşərgələri salınıb. Bu düşərgələrdə baytarlar dəvələrə xidmət göstərir.

Səudiyyə Ərəbistanı Qətərə qarşı sanksiyalar tətbiq etməzdən əvvəl qətərli fermerlər heyvanları Səudiyyə Ərəbistanı ərazisində otlaqlara apara bilirdi.

Gununsesi.info