Qətər də Şimali İraqla hava əlaqələrini kəsdi

  • By admin
  • 28 Sentyabr 2017 20:00

thumbs_b_c_114b7b95e13cc46bbc78a8f2f0831179

İraq Kürd Regional Hökumətinin qanunsuz referendum keçirməsindən sonra bir neçə ölkə sanksiya qərarı alıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Qətər 29 sentyabr – 1 oktyabr tarixləri arasında Şimali İraqa uçuşları dayandırdığını açıqlayıb.

Həmin tarixlərdə Ərbil və Süleymaniyə hava limanlarına Qətərdən heç bir uçuş həyata keçirilməyəcək.

Qeyd edək ki, Livan, Misir və Türkiyə də eyni addımı atmışdı. İraq hökuməti Bərzani hökumətindən hava limanlarını və sərhəd məntəqələrinə nəzarəti təhvil verməyi tələb etmişdi.

Gununsesi.info