Qətər Dünya Kuboku üçün nə qədər pul xərcləyib? – Dünya gündəmi bu astronomik məbləği müzakirə edir

  • By arzu
  • 26 Noyabr 2022 16:39

Qətərin Futbol üzrə Dünya Kuboku üçün xərclədiyi pul bütün dünyanı heyran edib.

 

HTML tutorial

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 20 noyabr-18 dekabr tarixləri aralığında davam edəcək ftubol üzrə Dünya Kuboku yarışmasında rəsmi Dohanın xərclədiyi pulun 300 milyard dollara çatdığı açıqlanıb.

Qətərin futbol üzrə Dünya Çempionatı ilə vidalaşmasından sonra turnir üçün xərclənən məsrrəflərin astronomikliyi dünyada gündəmə oturub.

Qrup oyunlarına rəğmən Qətər hər iki oyunda da yenilərək futbol yarışına vida etmişdi. Yazılan xəbərə görə, Qətərdəki Dünya Kuboku indiyədək keçirilən ən bahalı turnir olub.
“Bloomberg”in yazdığı rəqəmlərə görə, Qətər ölkəsi futbol turnirinə hazırlıq üçün 12 il içində toplamda 300 milyard dollar xərcləmələr edib.
Bu pulun, özəlliklə, metro, yollar, infrastruktur, otel və stadionların inşası üçün xərcləndiyi yazılır.

“Forbes” isə xərcləmələrin miqdarının 229 milyard dollar tutarında olduğunu açıqlayıb.
2018-ci ildə keçirilən Dünya Çempionatına ev sahibliyi edən Rusiya isə, sadəcə 11.6 milyard dollar xərcləmə etmişdi.

Qətər bölgədəki yoxsulluq, aclıq, savaşlar və köçkünlər kimi problemlərə rəğmən, 300 milyard dollarlıq astronomik məbləği tamamən bu turnirə yatırdığı üçün ağır tənqidlərin mərkəzinə yerləşib.

Bununla bağlı bir çox mübahisələr və çəkişmələr davam edir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info