Qətər İranın iki “Su-24” təyyarəsini məhv etdiyini açıqlayıb

Qətər Hərbi Hava Qüvvələri İran istiqamətindən havaya qalxan iki ədəd “Su-24” təyyarəsini vurduğunu bildirib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyi məlumat yayıb.

“Qətər əmirinin Hərbi Hava Qüvvələri İran İslam Respublikası istiqamətindən gələn iki “Su-24″ təyyarəsini uğurla məhv edib”, – nazirliyin bəyanatında deyilir:

Məlumata görə, Qətər hərbçiləri ölkənin müxtəlif ərazilərini hədəf alan 7 ballistik raketi və 5 pilotsuz uçuş aparatını da ələ keçirib.

Gununsesi.info