Səudiyyə Ərəbistanı ilə diplomatik böhran yaşayan Qətər əmiri Şeyx Tamim dünyada ən çox müzakirə olunan dövlət başçısıdır.
Gununsesi.info-nun “qaynarinfo”ya istinadən verdiyi məlumata görə, 7 ölkə Qətərlə əlaqəsini kəsəndən sonra bütün diqqətləri üzərinə çəkən Şeyx Tamimin siyasi portretində ilginc məqamlar yer alıb.
Belə ki, dünyanın ən gənc liderlərindən olan Şeyx Tamim atasını taxtdan endirməsi ilə tanınır. 2013-cü ildə o, atası Şeyx Həməd Əl Tanın həyat yoldaşına çox pul xərclədiyi üçün əsəbləşməsinə silahla reaksiya vermişdi. Belə ki, havaya atəş açan Şeyx Tamim atasının həbsi barədə əmr verib, sonradan isə Şeyx Həməd Əl Tan taxtdan əl çəkməyə razı olub. Bununla, ölənə qədər hakimiyyətdə qalmaq ənənəsinə son qoyulub.
1980-ci ildə doğulan 2 həyat yoldaşı və 6 övlad sahibi olan Şeyxin ərəb dövlətlərinin addımına reaksiyası, Qətəri çətin vəziyyətdən çıxarmaq üçün nələr edəcəyi dünyanın maraqla gözlədiyi məsələlərdəndir.
Gununsesi.info