Qətər XİN 39 fələstinli məhbusun İsraildən azad edildiyini təsdiqləyib

  • By ilhame
  • 24 Noyabr 2023 22:58

Qətər Xarici İşlər Nazirliyi atəşkəs razılaşması çərçivəsində 39 fələstinli məhbusun İsraildən azad edildiyini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə idarənin nümayəndəsi Məcid əl-Ənsari sosial şəbəkədə bildirib.

“Biz həmçinin razılaşmanın ilk gününün öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində İsrail həbsxanalarında saxlanılan 39 qadın və uşağın azad edilməsini təsdiq edirik”, – Əl-Ənsari bildirib.

Gununsesi.info