Qətərdə İsrail hərbçiləri də daxil olmaqla Qəzza zolağındakı bütün məhbusların azad edilməsi müqabilində Təl-Əvivin fələstinli məhbusları azad edəcəyi yeni “uzunmüddətli atəşkəs” razılaşmasını müzakirə etmək üçün danışıqlar aparılıb.
Gununsesi.info xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, görüş Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani, İsrailin xarici kəşfiyyat xidmətinin Mossad direktoru David Barnea, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam J. Burns və Misir kəşfiyyatının rəhbəri Abbas Kamilin iştirakı ilə Dohada baş tutub.
Məlumata görə, tərəflər, digər məsələlərlə yanaşı, “davamlı atəşkəs” və Tel-Əvivin fələstinli məhbusların, o cümlədən israilliləri öldürməkdə “məhkum olanlar”ın azad edilməsini, kişilər və hərbçilər də daxil olmaqla, bütün israilli məhbusların azad edilməsini müzakirə ediblər.
Xəbərdə qeyd olunur ki, Mossad rəhbəri Barnea Doha danışıqlarının detalları ilə bağlı İsrailin baş naziri Binyamin Netanyahuya məlumat verib.
HƏMAS-ın yeni sazişin ümumi müddəalarını bəyəndiyi və “tam atəşkəs” bağlamaq istəyini ifadə etdiyi bildirilir, lakin İsrail bunu artıq rədd edib.
Gununsesi.info