Qətərdə yeni partlayışlar eşidildi

Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Trend” məlumat yayıb.

Məlumata görə, partlayışlar bir sıra insidentlər nəticəsində baş verib. Bundan təxminən on saat əvvəl verilmiş hava hücumu xəbərdarlığından sonra Doha şəhərində sakinlərin mobil telefonlarına yenidən hava hücumu ilə bağlı xəbərdarlıq mesajları göndərilib.

Daha sonra “Qatar Ministry of Defence” tərəfindən bildirilib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri raket hücumunu dəf etməyə nail olub.

Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin artmasından sonra bu, Qatar ərazisinə edilən ilk hücum deyil. Daha əvvəl də ölkənin Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin əraziyə yönəlmiş raket hücumu cəhdinin qarşısını aldığını açıqlamışdı.

Gununsesi.info