Qətərin müdafiə naziri Türkiyəyə gəlir

  • By admin
  • 29 İyun 2017 15:42

qeter

İyunun 30-u Qətərin müdafiə naziri Xalid bin-Məhəmməd əl-Ətiyyə Türkiyəyə rəsmi səfərə gələcək.

Gununsesi.info xəbər verir ki, bu haqda “Cumhurriyet” qəzeti məlumat yayıb.

Belə ki, səfər zamanı əl-Ətiyyə türkiyəli həmkarı Fikri İşıkla görüşəcək. Görüşdə Körfəz ölkələri ilə Qətər arasında yaşanan böhran, eləcə də bu ölkədəki Türkiyə hərbi bazasının vəziyyəti bir daha müzakirə olunacaq.

Xatırladaq ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn iyun ayından diplomatik münasibətləri kəsdikləri Qətərə qarşı 13 maddəlik tələbnamə irəli sürüblər. Bu tələblərdən biri də Türkiyə hərbi bazasının Qətərdən çıxarılması idi.

Anar

Gununsesi.info