Qətlə yetirilən bərbərin obyekti qarət edilib

Qətlə yetirilən bərbərin obyekti qarət edilib

Evləri soyan şəxs tutulub.

Gununsesi.info xəbər verir ki, Cəlilabad rayon polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Əbülfəz Həziyevin evindən 3 min manat pul və mobil telefon oğurlayan rayon sakini Ənvər Zamanlı şübhəli şəxs qismində saxlanılıb. Araşdırma nəticəsində məlum olub ki, o, digər evlərdən də oğurluq edib.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Mingəçevirdə isə bərbərxana və çay evi qarət edilib. Hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. Obyektlərə girən şəxs və ya şəxslər oradan kompüter, televizor, bərbər vasitələri və digər məişət avadanlıqları aparıblar. Sonra oğrular yaxınlıqda yerləşən mağazaya girməyə cəhd etsələr də, bu planları baş tutmayıb.

Xatırladaq ki, qarət olunan salonda çalışan bərbər təxminən 2 ay öncə qətlə yetirilib. Həmin obyektin qapıları istintaqın gedişi ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən möhürlənib. Faktla bağlı araşdırmalar davam etdirlir.

Gununsesi.info

COMMENTS