Əhməd Əhmədov adlı gəncin dünən törətdiyi dəhşətli qətldən sonra bəzi media orqanlarında onun qətlə yetirdiyi atası, 52 yaşlı Mehman Əhmədovun “Azərbaycan Dəmir Yolları” QSC-də işlədiyi barədə məlumatlar yayılıb.
Gununsesi.info xəbər verir ki, Mehman Əhmədov haqqında yayılanlar yalan məlumatdır. Mehman Əhmədov heç bir dövlət qurumunda işləməyib. Əldə etdiyimiz məlumata görə, Mehman Əhmədov sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, heç vaxt dövlət mükafatı ilə təltif olunmayıb. Mehman Əhmədovun Rusiyada biznesi olub. Sonradan isə Bakıda avtomobillərin icarəsi ilə məşğul olub.
Əldə etdiyimiz başqa bir məlumata görə, qətlə yetirilən Bikə Əhmədovanın qardaşı Niyazi Bədəlov əslən Neftçaladandır. Niyazi Bədəlov tanınmış iş adamıdır. O, Rusiyada “Bakinskiy bulvar” restoranlar şəbəkəsinin sahibidir.
Qeyd edək ki, Niyazi Bədəlov məşhur azərbaycanlı milyarder Qod Nisanovun Moskvadakı biznesini idarə edir.
Xatırladaq ki, dünən paytaxtın Xətai rayonunda Əhməd Əhmədov 5 nəfəri – 1972-ci il təvəllüdlü atası Mehman Əhmədovu, 1977-ci il təvəllüdlü anası Bikə Əhmədovanı, 2015-ci il təvəllüdlü qardaşı Məhəmməd Əhmədovu, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını qətlə yetirib.
Qətlə yetirilən 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı Bakı şəhəri 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Elmar
Gununsesi.info