Qətl törədən idmançı belə saxlanıldı - VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Turan Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb

Gununsesi.info xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Ruslan Səfixanovun polis əməkdaşları tərəfindən saxlanılmasının görüntüləri yayılıb. Onu Çevik Polis Alayının əməkdaşları saxlayıb.

HTML tutorial

Qeyd edək ki, ilkin məlumata görə tərəflərin mübahisəsinə isə Turan Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Xatırladaq ki, cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

Gununsesi.info