Qətl törətmiş gəncə 16 il həbs cəzası verildi

  • By admin
  • 25 Noyabr 2016 17:57

mehkeme-logo-6

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, K. Həsənzadə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakının Nərimanov rayonunda 1991-ci il təvəllüdlü Kamran Həsənzadə yaşadıqları binaya gələrək qız yola salan 1990-cı il təvəllüdlü Nazim Ələkbərovu öldürüb.
K. Həsənzadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə təqsirləndirilib.

Gununsesi.info