Cavanşir Hacıyevi qətlə yetirməkdə şübhəli bilinən Əmircan qəsəbə sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, martın 6-da saat 2 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində qəsəbə sakini Ramiz Həsənov münaqişə zəminində Cavanşir Hacıyevə bıçaqla xəsarət yetirib və nəticədə C.Hacıyev hadisə yerində ölüb.
Suraxanı Rayon Polis İdarəsi 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Həsənov tutulub.
Anar
Gununsesi.info