Qətldə şübhəli bilinərək tutulub

  • By Mayil
  • 16 Fevral 2017 14:27

hebs

Bakı şəhər sakinini bıçaqla qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, fevralın 15-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini 33 yaşlı İslam Hüseynovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, 22 yaşlı İbrahim Sadıqov tutulub.

Anar

Gununsesi.info