“Qətli cavabsız qoymayacağıq” - Dmitri Medvedev

  • By admin
  • 20 Dekabr 2016 05:25

medvedev_yildirim_new

“Rusiya Ankaradakı səfiri Andrey Karlovun qətlini cavabsız qoymayacaq”.

Gununsesi.info-nun verdiyi məlumata görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.

“Sui-qəsdi təşkil edənlərin hamısı buna görə cavab verməlidirlər”-deyə, Rusiya baş naziri vurğulayıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Rusiyanın Ankaradakı səfiri Andrey Karlov qatıldığı tədbirdə sui-qəsdə məruz qalıb. Terrorçu diplomata odlu silahdan bir neçə dəfə atəş açıb. Nəticədə səfir həyatını itirib.