Meksikada tur avtobusunun yük maşını ilə toqquşması nəticəsində 19 nəfər ölüb.
Gununsesi.info xəbər verir ki, qəza Meksikanın Sinaloa ştatında baş verib.
Meksika mətbuatında yer alan xəbərə görə, Qvadalaxara şəhərindən turistləri daşıyan avtobus Elota qəsəbəsində magistral yolda əks istiqamətdən gələn yük maşını ilə toqquşub.
Qəzada 19 nəfər hadisə yerində ölüb, bəziləri ağır olmaqla 22 nəfər yaralanıb.
Sinaloa Mülki Müdafiə Direktoru Roy Navarrete mətbuata verdiyi açıqlamada tur avtobusunun qarşı tərəfdən gələn yük maşını ilə toqquşduğunu bildirib. Zərbənin təsirindən avtobusun alovlandığını qeyd edən Navarrete ölənlərin sayının arta biləcəyini bildirib.
Qəza ilə bağlı dövlət prokurorluğu araşdırmalara başlayıb.
Gununsesi.info