Nigeriyanın Oqun əyalətində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 10 nəfər ölüb, 7 nəfər yaralanıb.
Gununsesi.info bildirir ki, Nigeriya Milli Yol Təhlükəsizliyi Sözçüsü Oqun sözçüsü Florens Okpe verdiyi açıqlamada, ştatın Laqos-İbadan şossesində sürətlə hərəkət edən sərnişin avtobusunun hərəkətdə olan yük maşınına çırpıldığını söyləyib.
Okpe qəzada 10 nəfərin öldüyünü, 7 nəfərin yaralandığını bildirib.
Xəstəxanaya aparılan yaralılardann bəzilərinin vəziyyətinin ağır olduğunu qeyd edən Okpe ölənlərin sayının artacağından narahatlığını ifadə edib.
Gununsesi.info