Bakı Dairəvi yolunun Yasamal rayon ərazisinə düşən hissəsində avtomobil qəzası qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, şəhər istiqamətində hərəkətdə olan qumla dolu yük maşını yol kənarında dayanan mişar daşla yüklü Kamaza arxadan çırplıb. Qəza zamanı Yük avtomobilinin Kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılı vəziyyətdə qalıb. Əraziyə FHN xilasedicilər cəlb edilib. Xilas edicilər xüsusi alaətlərin köməkliyi ilə sürücünü avtomobildən çıxara biliblər. Xilasetmə əməliyyatının sonunda Dairəvi yolla yüksək sürətlə hərəkətdə olan Opel markalı avtomobilin sürücüsü idarəetməni itirərək FHN əməkdaşlarını vurub. Nəticədə xilasedicilər ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralılar 28 yaş Vüsal Şabanov, 58 yaşlı Ramiz Şüvərxanov, 46 yaşlı Yəhyayev Ziyəddin, Xətai Məmmədovun vəziyyəti qənaətbəxşdir. Həyatları üçün təhlükə yoxdur. Daha iki yaralı isə ambulator müalicəyə buraxılıb.
Faktla əlaqədar araşdırmalara başlanılıb.
Qəzanın dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.