Gununsesi.info xəbər verir ki, bu barədə aznews.az–a Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazıxanım Cəlilli deyib. Onun sözlərinə görə, hadisə nəticəsində universitetin 5 nəfər tələbəsi həlak olub: “Bunlardan ikisi hadisə yerində, üçü isə xəstəxanada dünyasını dəyişib. Tələbələrin hər birinin ailəsinə məlumat verilib. Universitet rəhbərləri hadisə yerinə gedib. Yəqin ki, universitet rəhbərləri və tələbələr onların ailələrində də baş çəkəcək.”
Nazxanım Cəlilli dünyasını dəyişənlərin nümunəvi tələbə olduğunu qeyd edib.
Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə 5 nəfər ölüb, 17 nəfər də yaralanıb.
Gununsesi.info