Qəzada həlak olduğu bildirilən polislə bağlı yeni məlumat

  • By ilhame
  • 19 Sentyabr 2023 22:00

Bu gün Füzulidə baş verən qəzada həlak olduğu bildirilən polis əməkdaşı Həsənov Elşən Mehman oğlunun sağ olduğu müəyyənləşib.

Bu barədə Gununsesi.info-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, həyatını itirən polis əməkdaşının Həsənov Elşən Mehman oğlu yox, Məmmədov Rasim Oktay oğlu olması müəyyən edilib.

 

Gununsesi.info