Qəzada ölən Nazlının FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub, onlardan biri həyatını itirib.

Gununsesi.info-nun məlumatına görə, ölən şəxs 2005-ci il təvəllüdlü Nazlı Rövşən qızı Hüseynovadır.
Piyada İmamrza Çingiz oğlu Sadıqzadə isə xəsarət alıb. Onun vəziyyəti qənaətbəxşdir.
Hər iki şəxsin Mingəçevir Turizm kollecinin üçüncü kurs tələbəsi olduğu bildirilir.
Gununsesi.info