Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşamsaatlarında rayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
***
Cəliabadda yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.
“Report”un Aran bürosu xəbər verir ki, bunlar, Ocaqlı kənd tam orta məktəbinin direktoru Mirəhməd Ağayev və Ocaqlı kənd sakini Şakir Babayevdir.
Gununsesi.info