Qəzada yaralananların son vəziyyəti barədə məlumat

Dünən Lənkəranda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Səhiyyə Nazirliyi yeni məlumat yayıb. 

Gununsesi.org-a daxil olan məlumata görə, hazırda xəstəxanada 5 nəfərin müalicəsi davam edir. Onlardan biri reanimasiyada, digər 4 nəfər isə travmatologiya şöbəsində palatadadır.

 Xatırladaq ki, qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişmiş, 23 nəfər isə  müxtəlif xəsarətlərlə Lənkəran MRX-ya çatdırılmışdı.

Gununsesi.org