Qəzadan 10 gün sonra öldü

  • By Admin2
  • 28 Mart 2025 11:12

Martın 17-də Cəlilabad rayon Uzuntəpə kəndində ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qadın 10 gün sonra xəstəxanada vəfat edib.

Gununsesi.info-nun məlumatına görə, Qafil Fikrəddin oğlu Əliyevin özünə məxsus idarə etdiyi avtomobilin idarəetmədən çıxaraq su kanalına aşması nəticəsində xəsarət alan sərnişin Mirzəyeva Kitabə Naib qızı müalicə aldığı Cəlilabad RMX-da ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Gununsesi.info