Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün təmirə bağlanacağı ilə bağlı məlumatlar həqiqətəuyğun deyil.
Gununsesi.info Axar.az – a istinadən xəbər verir ki, bunu Sumqayıt İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev deyib.
“Körpünün bağlanması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. Körpüyə gedən yolda qaz xəttinin çəkilməsi ilə bağlı tədbirlər görülür. Yol açıqdır”, – deyə E.Qocayev vurğulayıb.
Xatırladaq ki, bundan öncə Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün təmirə bağlanacağı ilə bağlı məlumat yayılmışdı.
Gununsesi.info