Ötən gün axşam saatlarında Ələt-Astara-İran sərhədi avtomobil yolunda ağır qəzada yaralanan şəxs vəfat edib. xəbər Gununsesi.info verir ki, “Mahmudçala” ovçuluq-qoruq təsərrüfatından keçən 96-cı km-də “Mercedes-C” ilə toqquşan “NAZ Lifan”ın sürücüsü, Culfa rayon sakini Nağıyev İsgəndər Məhəmməd oğlu yerləşdirildiyi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında bu gün səhər saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, İ.Nağıyevin idarə etdiyi KE-627 tranzit nişanlı maşın Naxçıvan avtomobil zavodundan əlillərə verilmək üçün avtokarvanla Bakıya aparılan “NAZ Lifan”lardan biri olub.
Gununsesi.info