Qəzaya düşən İbrahim Tatlıses xəstəxanadan səsləndi: “Axşam konsertdəyəm” – VİDEO

Türkiyənin Bodrum şəhərində qəzaya düşərək dərəyə yuvarlanan maşının içində sıxışıb qalan İbrahim Tatlısəsin xəstəxanadan videosu yayılıb.

Vəziyyəti yaxşı olan Tatlısəs türkü oxuyub. O, axşam konsertdə izləyiciləri ilə görüşəcəyini deyib.

15:22

Türkiyəli sənətçi İbrahim Tatlısəsin qəzadan xilas edildikdən sonra görüntüləri yayılıb. Təcili yardım avtomobilinə yerləşdirilən Tatlısəsin vəziyyətinin normal olduğu görünür.

13:48

Türkiyəli sənətçi İbrahim Tatlısəs dərəyə yuvarlanan avtomobilindən çıxarılıb.

Sıxılmış avtomobildən çıxarılan Tatlısəsin huşunun yerində olduğu və səhhətinin yaxşı olduğu bildirilib.

Qəza zamanı onun yanında doqquz yaşlı qızı Elif Ada da olub.

12:48

Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəs Bodrumda qəzaya düşüb.

Səhər saatlarında Yalıkavak yolunda hərəkətdə olarkən qəza keçirən Tatlısəs yaralanıb.

Nəqliyyat vasitəsində sıxışıb qalan müğənninin xilas edilməsi üçün bölgəyə çox sayda xilasetmə qrupu cəlb edilib.

İbrahim Tatlısəsin yanında qızının da olduğu bildirilir.

Gununsesi.info