Abşeron rayonu Xırdalan şəhərində təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, şəhər ərazisindəki işıqforun qarşısında “Hyundai” markalı minik avtomobili ilə “Fiat” markalı operativ nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən təcili tibbi yardım avtomobili aşıb.
Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.
Qeyd edək ki, ötən gün paytaxtın Binəqədi rayonu Adil Məmmədov küçəsində də təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.