Qəzaya uğrayan təyyarə şəhərdə magistrala düşdü - VİDEO

  • By admin
  • 03 May 2017 16:40

216733_src

Qəzaya uğrayan təyyarə magistralda  yol keçidinə düşdü. Təyyarənin qəza anı lentə yansıdı.

Gununsesi. info ABC-yə istinadən xəbər verir ki, ABŞ-ın Vaşinqton ştatının Mekulteo şəhərində bir motorlu “Piper PA-32” təyyarəsi magistral şosseyə düşüb.

Təyyarənin qəzaya düşməsi yoldan keçən sürücü tərəfindən lentə alınıb. Videoda təyyarənin necə yanaraq enməsi və dirəyə dəyməsi, elektrik xəttini qırması və partlaması anları qeydə alınıb.

Qəzaya səbəb təyyarənin mühərrikində yaranan nasazlıq olub. Xoşbəxtlikdən qəza nəticəsində ciddi xəsarət alan olmayıb. Bir neçə maşın zədələnib, biri isə yanıb.

Mürtəza

Gununsesi.info