Qəzaya uğrayan təyyarədə azərbaycanlı olub? –XİN

Qəzaya uğrayan təyyarədə azərbaycanlı olub? –


İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib

O, qeyd edib ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin ilkin məlumatına əsasən İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə məlumat veriləcək.

 

Gununsesi.info

COMMENTS