Qəzet tənqidi yazısına görə bağlandı

  • By admin
  • 20 İyun 2016 16:13

 

iran

HTML tutorial

İranda islahatçılara yaxınlığı ilə seçilən “Qanun” qəzeti bağlanıb. Gununsesi.info İran mediasına istinadən xəbər verir ki, buna səbəb qəzetin ölkədəki həbsxanaların vəziyyətini tənqid etməsi olub. Baş prokurorluq İslam inqilabı keşikçiləri korpusunun şikayəti əsasında redaksiyanın fəaliyyətinə qadağa qoyulub.

Qəzetin fəaliyyəti mətbu orqanında dərc olunan “Dəhşətli 24 saat” məqaləsinə görə bağlanıb. Tehranın baş prokuroru Abbas Cəfəri Dövlətabadi deyib ki, yoxlama nəticəsində qəzetdə deyilənlərin yalan olduğu bəlli olub.